Azərbaycanda ana azyaşlı övladları ilə evdən qaçdı


Bakıda ana iki övladı ilə birlikdə itkin düşüb.

APA -nın məlumatına görə, Nizami rayon sakini Xəyal Babaşov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, arvadı - 25 yaşlı Gülşən Babaşovanın azyaşlı övladları, 3 yaşlı Fatimə Babaşova və 6 yaşlı Xəyal Babaşovla birlikdə yaşadıqları evdən çıxıb getdiyini və geri qayıtmadıqlarını bildirib.

Daxil olan müraciət əsasında polis tərəfindən araşdırmalara başlanıb.
Faktla bağlı axtarışlar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu