“Girovlarla bağlı İrəvan birdəfəlik ya “hə”, ya da “yox” deməlidir” - Hüquq müdafiəçisi

“Ermənistan tərəfinin “rəsmi Bakının təklifini düşünürük” deməsi müsbət addım sayıla bilər”. 

Bunu “Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib. 

Ə.Şahidov Ermənistanın girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı təklifə nəhayət konkret cavab verəcəyinə ümid etdiyini söyləyib: 



“İrəvan birdəfəlik ya “hə”, ya da “yox” deməlidir. Çünki Azərbaycanın budəfəki təklifi konkretdir. Yəni, rəsmi Bakı konkret şəxslərin qarşılıqlı dəyişdirilməsi təklifini irəli sürüb.

İnanırıq ki, Nikol Paşinyan öz ölkəsində əsir və girovlarla bağlı yaranmış narahatlığa son qoyacaq. Bu addım həm də Paşinyana özünü mümkün təhlükələrdən sığortalamaq və daxili siyasətdə reytinqini qaldırmaq imkanı verə bilər”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu