Qadınları evdən perik salan səbəblər... 


Ana iki azyaşlı övladı ilə itkin düşüb. Bununla bağlı 25 yaşlı Gülşən Babaşovanın həyat yoldaşı Xəyal Babaşov polisə məlumat verib. 

O bildirib ki, həyat yoldaşı G.Babaşova 3 və 6 yaşlı övladları ilə birlikdə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Son zamanlar evdən qaçan və itkin düşən qadınların sayı artır. Səbəblər isə müxtəlifdir. Ailədaxili münqaişələr, zorakılıq və şiddətə məruz qalan qadınlar çıxış yolunu evdən qaçmaqda görür. Məsələ ilə bağlı dəfələrlə televiziyalarda və mətbuatda müxtəlif fikirlər səsələndirilir, maarifləndirici təbliğatlar aparılır. Amma neqativ halların ardı-arası kəsilmir.



Mövzu ətrafında fikirlərini “Sherg.az”la bölüşən  yazar Rəbiqə Nazimqızı bildirib ki, hər hadisəyə ayrı fakt kimi baxıb, səbəbləri öyrənmək lazımdır.

Onun sözlərinə görə, bu cür hallarda səbəblər eyni olmaya bilər:

“Ümumiyyətlə, belə bir zarafat var: “Boşanmaların yeganə səbəbi evlənməkdir”. Ciddi cavab verməli olsam, baş verən hadisədə ağıla ilk növbədə zorakılıq faktoru gəlir. Bəlkə də ,zorakılıq halları artmayıb. Sadəcə, qadın indi anlayır ki, uşaqları naminə nəyəsə dözmək elə bu uşaqların özlərində travma yaranmasına səbəb ola bilər. Üstəlik, qadın ətrafdan “sənin o evdən meyitin çıxa bilər” sözlərini daha az-az eşidir.

İkinci tip qadınlar da var ki, ağılsızlıqlarından, cahilliklərindən, ya da tamahkarlıqlarından belə edirlər. Əri və qaynanası ilə yola getməyənləri olur. Zorla ərə verilənləri olur.

Səbəb çoxdu. Düşünürəm ki, qadınları geri qaytarmaq yox, onları evdən perik salan səbəbləri araşdırmaq lazımdı. Yeganə yol maarifləndirmə ola bilər. Anaları, ataları və gələcəkdə valideyn olmağa hazırlaşanları maarifləndirmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu