“Prezidentin apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır”


Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.

Sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması sahəsində mühüm addımlar atılmaqdadır. 

Eyni zamanda əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunur. Ölkəmizdə insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması, Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələridir. 

Ölkəmizdə güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Azərbaycan xalqı prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.

 “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında qeyd edib ki, prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını vətəndaşlarımızın rifah halının yaxşılaşması təşkil edir.

Baş redaktor bildirib ki, ölkə başçısının apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır:

“Aparılan təhlillər və müqayisələr göstərir ki, Prezidentimiz siyasətini hər zaman davam etdirəcək. Məcburi köçkünlərin təminatı ilə bağlı dövlət müxtəlif layihələri həyata keçirir. 

Hər zaman qaçqınlarımız ölkə başçısı tərəfindən həm maddi, həm mənəvi dəstək görüblər.

 Köçkünlərin mənzil şəraiti ilə bağlı dövlətin həyata keçirdiyi kompleks proqramlar var.
Onların həm mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm digər xərcləri dövlət tərəfindən güzəştli şəkildə həyata keçirilir”.


 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu