Rusiyada yayılan Afrika taunu Azərbaycanın da “qapı"sını döyə bilərmi ? – CAVAB


Rusiyada Afrika taunu xəstəliyinin yeni mənbəyi aşkar edilib. İnfeksiyaya yoluxma Amur vilayətinin Arxarinski rayonunda qeydə alınıb.

Yoluxma təsərrüfatların birində donuzlar arasında baş verib. Hadisə ilə əlaqədar ərazidə fövqəladə vəziyyət elan olunub.

Afrika taunu səbəbindən avqustun sonunda bu ərazidə donuz əti idxalına qadağa qoyulmuşdu. Sentyabrın 9-da isə karantin ləğv olunaraq yoluxmuş heyvanlar məhv edilmişdi.

Rusiya ilə sərhəd ölkə olduğumuzu nəzərə alsaq, taun xəstəliyinin Azərbaycanda yayılması ehtimalı yaranır və bu, bir qədər narahatlıq doğurur. Maraqlıdır, belə olan halda ölkəmizdə təhlükəli vəziyyət yarana bilərmi?

Sualımızı cavablandıran həkim Şahvələd Məmmədov “Sherg.az”a söyləyib ki, xəstəliyin Azərbaycanda yayılması ehtimal olunmur.

“Çünki taun xəstəliyinə yoluxanlar stasionar yönümlü xəstə olurlar. Onlar ayaq üstə gəzə bilmirlər ki, təyyarəyə minib Azərbaycana gəlsinlər. Taunun ağırlıq dərəcəsi o qədər kəskin olur ki, həmin şəxslər dərhal xəstəxanaya yerləşdirilərək ciddi nəzarətə götürülürlər.

Taun xəsətliyi əsasən donuzlardan yoluxur. Ölkəmizdə az miqdarda olsa da, donuz təsərrüfatı var. Taun xəstəliyi təbabətdə xüsusi təhlükəli infeksiyalar hesab olunur. Rusiyada taun xəstəliyi tüğyan etdiyi üçün bizim sərhəd keçid məntəqələrində nəzarət gücləndirilib. Həmin bölgələrdən gələn insanlar isə mütləq karantin yoxlamasından keçirilir. Bu yoxlamalar əsasən hava limanlarında həyata keçirilir”.

Həkimin sözlərinə görə, Afrika taunu digər taun xəsətliyindən fərqləndiyi üçün təhlükəlilik dərəcəsi o qədər də yüksək deyil:

“Azərbaycanın daxilindəki donuzçuluq təsərrüfatlarına müəyyən göstərişlər verilməlidir. Donuzlar arasında xəstəliyin olub-olmaması dəqiq araşdırılmalıdır. Əsasən hava limanları və sərhəd keçid məntəqələrində şimal bölgəsindən gələn insanların xəstə olması nəzarətə götürülməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu