Yumurtanın qiyməti 15 günə yaxındır bahalaşıb



Sosial şəbəkələrdə yumurtanın qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb.
Marketlərdə əvvəl 9-10 qəpiyə satılan yumurta indi isə 14 qəpiyədir.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev qiymətlərin qalxmasını təsdiqləyib: “Doğrudur, yumurtanın qiyməti 15 günə yaxındır qalxıb. Cəmi 1 və ya 2 qəpik artım olub. Bu da mövsümi xarakter daşıyır. Çünki tələbatı ödəyən yem və digər lazım olan məhsullar xaricdən idxal olunur. Onların da qiymətləri bahalaşıb”.(oxu.az)

Paylaş

Bizi Facebookda izləyin
menu
menu