İstirahət vaya döndü: Hamilə qadını yatarkən qətlə yetirdilər



İstirahət, həm də ad gününü qeyd etmək üçün Cənubi Afrikaya səfər edən cütlük xəyallarını qurduqları tətilin faciəyə çevriləcəyini ağıllarına gətirmirdilər.
Karen Turner, Cənubi Afrikadakı bir kənddə, həyat yoldaşının yanında yatarkən bıçaqlı adamların hücumuna məruz qalıb. 3 aylıq hamilə olan qadın həyatını itirib.
31 yaşlı Karen Turner həyat yoldaşı Matthew ilə birlikdə Cənubi Afrikadakı lüks bir tətil kəndində qalırdı. Gənc cütlük Karen Turnerin ad gününü qeyd etmək üçün bura gəlmişdi. Cütlük okeana mənzərəsi açılan  gözəl bir otaq sifariş etmişdi.
Birlikdə Karen Turnerin 31 yaşını qeyd edən cütlük sabahısı gün başlarına gələcək fəlakətdən xəbərsiz idi.
Gecə yatarkən şəxsiyyəti məlum olmayan adamlar tərəfindən hücuma məruz qaldılar. Aldığı bıçaq zərbələriylə ağrılar içində gözlərini açan Matthew, arvadının da eyni şəkildə bıçaqlandığına şahid oldu. Matthew nə onu, nə də özünü qoruya bildi.  
Təcavüzkarlar hadisə yerindən qaçıblar, Matthew xəstəxanaya aparılıb. Üç aylıq hamilə olan qadın və doğulmamış körpəsi isə hadisə yerində həyatını itirib.
2017-ci ilin iyul ayından bəri evli olan cütlüyün Hayden adında 1 yaşında uşaqları var.





Paylaş

Bizi Facebookda izləyin
menu
menu