“Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir” - Komitə sədri 


“Neft gəlirləri olmasaydı, qeyri-neft sektorunu inkişaf etdirmək çətin olardı, Azərbaycan milyardlarla vəsaiti kənardan axtarmaq məcburiyyətində qalardı”.

Bu sözləri “Sherg.az”a Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.

O qeyd edib ki, “Əsrin Müqaviləsi” Azərbaycanı dünyaya tanıtdı və bununla da ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu: 



“Bununla yanaşı qeyd edək ki, ölkəmizdə neft sektoru ilə yanaşı qeyri-neft sektoru da inkişaf edir. Kənd təsərrüfatı -baramaçılıq, pambıqçılıq, taxılçılıq inkişaf edir.Turizmin inkişafına çox böyük diqqət göstərilir və bu sahələr də ölkəyə gəlir gətirir”.

H.Rəcəbli diqqətə çatdırıb ki, “Əsrin müqaviləsi"nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi və bu uğurlu layihə müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu:

“Biz bu müqaviləni haqlı olaraq müstəqilliyimizin qarantı olan tarixi layihə adlandırırıq. O zamankı şərtlər və ölkəmizdə, o cümlədən dünyada baş verən prosesləri nəzərə alsaq, Ulu Öndərin nə qədər böyük və tarixi əhəmiyyətli bir nailiyyətə imza atdığını daha yaxşı anlayarıq. "Əsrin müqaviləsi" ilə qoyulan təməl Azərbaycanın parlaq gələcəyini təmin etdi. Məhz yeni neft strategiyasının uğurla reallaşdırılması və bunun ardınca atılan digər addımlar nəticəsində Azərbaycanda siyasi-ictimai sabitlik təmin olundu, əldə olunan gəlirlər genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə imkan verdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin uğurlu inteqrasiyası məsələləri də qısa zamanda həllini tapdı. Bir sözlə, Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir”.  

Komitə sədri onu da əlavə edib ki, “Əsrin Kontraktı” imzalanan dövrdə Azərbaycanda işıq, qaz yox idi, kataklizmlər baş verirdi, vətəndaşların güzaranı dəhşətli dərəcədə idi, əmək haqlarını, pensiyaları vaxtında ala bilmirdi: 

“"Əsrin müqaviləsi"ndən sonra Azərbaycan vətəndaşının həyatında çox ciddi dəyişikliklər oldu. Azərbaycan vətəndaşının güzəranı yaxşılaşdı.O dövrdə Azərbaycan üçün iki mühüm addım atılıb ki, bunlardan biri atəşkəs idi, o biri iqtisadi reformalarla bağlı Azərbaycana xarici investisiyanın gətirilməsi idi.  Azərbaycan vətəndaşı hər addımında neft müqaviləsinin təsirlərini hiss edir.
Bu günləri biz həmin o neft gəlirlərini eyni zamanda büdcədə də istifadə edirik, neft gəlirləri qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikilməsində istifadə olunur, həmin gəlirlərlə Neft Fondu yaradıldı. Bunu görmək istəməyənlərə mən gözlərindən qara eynəklərini çıxarmağı məsləhət bilirəm.

 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu