“Ölkəmiz hərtərəfli inkişaf yolunu uğurla addımlayır”


“Prezident İlham Əliyevin sənayeləşmə siyasəti ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”

Bunu “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Analitik bildirib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu, prinsipal, məqsədyönlü və milli maraqlara söykənən siyasət nəticəsində son 16 ildə ölkəmiz hərtərəfli inkişaf yolunu uğurla addımlayır: 



“Təkcə cari ilin 4 ayında sənayenin qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıb. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayıb, həm də kiçik və orta müəssisələr işə düşüb. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar.

Son 15 ildə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 250 milyard dollar sərmayə yatırılıb ki, bunun da nəticəsində ölkə üzrə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektorunda məhsul istehsalı 2,8 dəfə, sənaye potensialımız 2,6 dəfə artıb.

Keçən il qeyri-neft sənayemiz 9,1 faiz yüksəlib. Bütün bunlar cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir”.




Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu