Rusiyada İŞİD üzvləri ələ keçirildi


Rusiyada İŞİD terror təşkilatına üzv olduğu bildirilən 3 şübhəli şəxs həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Milli Qvardiyasının sözçüsü Valeri Qribakin verib.

O bildirib ki, Nijnevartovsk şəhərində təşkil edilən əməliyyat çərçivəsində ələ keçirilən şəxslər vətəndaşları ideoloji təbliğata tabe etmək, terror təşkilatının gördüyü işlərdə iştirak etməyə razı salmaq, terrorizmə maddi dəstək vermək, ideologiyanı təbliğ etmək və terrorizmə haqq qazandırmaq kimi qadağan olunmuş fəaliyyətlərlə məşğul olublar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu