Bunu bağışlayın, siyasətdən gedim - Netanyahu


İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə keçirilmiş seçkilərdən sonra siyasəti tərk etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” televiziyası informasiya yayıb.

Məlumata görə, Netanyahu İsrail Prezidenti Reuven Rivlinin onun barəsindəki korrupsiya və rüşvət ittihamlarını bağışlayacağı təqdirdə siyasəti tərk etməyi planlaşdırır.

Netanyahu bu məsələ ilə əlaqədar prezidentə yaxın insanlarla görüşsə də, görüşdüyü şəxslər ona Rivlinin təklifi qəbul etməyəcəyini bildiriblər. Bundan əlavə Netanyahunun təklifinə İsraili Baş Prokurorunun da qəti şəkildə qarşı çıxacağı qeyd olunur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu