İctimai media ayağa qalxdı: İtinə işgəncə verən qadın saxlanıb



ABŞ-ın Florida ştatının Tarpon Spring şəhərində itini gəzdirərkən təpikləyən və boyunduruğuyla ona işgəncə verən 26 yaşlı Michelle Sieber adlı qadın saxlanıb.





Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  heyvan sevər Vincent Minutello, cib telefonuyla lentə aldığı görüntüləri ictimai media hesabından yayıb. Görüntülərdə Sieberin itə təpik atdığı və boyunduruğundan tutub havaya qaldıraraq boğduğu görünür.

İtə əziyyət verilməsinə dözə bilməyən Minutello qadına yaxınlaşaraq, "Ey, itlə  nəzakətli davranarsanmı? Belə edə bilməzsən" deyə xəbərdarlıq edir. Buna cavab olaraq Sieber, "İstəsən onu ala bilərsən" deyib. Görüntülər ictimai mediada reaksiyalara səbəb olandan sonra Sieberdən polisə şikayət edilib. Polis tərəfindən saxlanan və 2 it sahibi olduğu təyin olunan qadın,  ifadəsində "iti öyrətdiyini" söyləyib. Qadının 2 iti də ondan alınaraq heyvanxanaya təslim edilib.  Sieberin işi isə  məhkəməyə göndərilib.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu