ABŞ-da atışma: yaralılar var


ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində atışma olub.

Qafqazinfo xəbər verir ki, nəticədə 6 nəfər yaralanıb, onların vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs bir nəfər olub. İnsidentin səbəbi bilinmir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şahidlərin ifadələrini dinləyir, müşahidə kameraları incələnir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu