Tovuzda dərin quyuya düşən iki yaşlı körpəni xilas etdilər - VİDEO



Tovuzda dörd metr dərinliyində quyuya düşən iki yaşlı qız uşağı xilas edilib.



Oxu.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. İki yaşlı Ayan Qasımova nəzarətsiz qalaraq sanitar qovşağının quyusuna düşüb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Müfafizə Hissəsinin Tovuz Rayon şöbəsinin Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib.
Yarım saatlıq əməliyyatdan sonra azyaşlı quyudan çıxarılıb. Bu müddətdə quyuda qalan uşaq xəsarət almasa da, ona yerindəcə tibbi yardım göstərilib.
Daha sonra qızcığaz ailəsinə təhvil verilib.






Paylaş

Bizi Facebookda izləyin
menu
menu