Düşmən çayın qarşısını kəsdi, kənd susuz qaldı - Foto



Tovuzun Əlibəyli kənd sakinləri susuzluqdan əziyyət çəkir.

 Baku.vs xəbər verir ki, uzun illərdir onlar başlanğıcını Ermənistanın Berd rayonundan götürən bir çayın ümidinə yaşayırlar.



Nə qədər ki ermənilərə su lazımdır, çayın qarşısı kəsilir, ermənilər öz təsərrüfatlarının suvarılmasında istifadə edirlər. Onlara lazım olmadıqda isə yağışlar yağmadığı halda ehtiyat məqsədilə çayın qarşısında yaratdıqları su anbarları doldurulur.

Əgər burdan su artarsa, o halda ermənilər suyun qarşısını açırlar. Çay gəlmədikdə ermənilərin 500 metr addımlığında yaşayan əlibəylilər həyatlarını təhlükə altına qoyub çayın qarşısını açmaq üçün çayın mənbəyinə gedirlər. Kənd sakinləri bu çayın suyundan həm içməli su kimi, həm də suvarmada istifadə edirlər.

Sakinlərin suya olan tələbatlarının ödənilməsi məqsədilə 90-ci illərdə artezian quyusu da qazılıb. Hətta bir nəfər də erməni gülləsindən ağır yaralanıb. Bundan sonra artezian idarəsi işləri yarımçıq qoyub gedib. Quyu indiyədək sakinlər tərəfindən qorunub saxlanılır.

Hətta quyunun ağzına bir daş da qoyublar ki, daş, qumla dolmasın. Sakinlər deyir ki, artezianın quraşdırılıb istifadəyə verilməsi ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciətlər ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu