Dünyada təkdir! 30 ildir davam edir...


Pişiklərin baş rolda oynaması xüsusiyyətinə görə dünyada tək olan Moskva Pişik Teatrında 200-yə yaxın pişik səhnəyə çıxır.

Sherg.az xarici mediyaya istinadən xəbər verir ki, bu teatr təxminən 30 ildir tamaşaçılarına oyun sərgiləyir. Moskva Pişik Teatrında rol alan 200 ətrafında pişik, 12 fərqli nümayişlə səhnədə moskvalılara əyləncəli anlar yaşadır. Təxminən 30 il əvvəl qurulan teatr bünövrəsində küçədən və ya sığınacaqdan gətirilən pişiklər, səhnəyə çıxarılmaq üçün uzun müddət təlim dövründən keçirilir. Hər bir pişik 4-5 il hər gün fasiləsiz fərqli təlimlərə cəlb edilir.



Müəyyən bir ssenari daxilində baş rollarda oynayan pişikləri istiqamətləndirən insanlar da yan rollarda səhnəyə çıxaraq oyuna çox da daxil olmur.

Moskva Pişik Teatrının direktor köməkçisi Dmitriy Kuklaçov jurnalistlərə verdiyi açqlamada bildirir ki,  bir sirkdə kloun olan atasının 40 il əvvəl digər klounlardan fərqli bir nömrə nümayiş etdirmək üçün tapdığı pişik balasıyla səhnəyə çıxdıqdan sonra teatrın qurulduğunu bildirir. Uşaqlığını pişiklərlə keçirdiyini ifadə edən Kuklaçov, pişiklərin səhnə təlimi haqqında da məlumat verib: 



Pişik, hər vaxt düşündüyü şeyi edən bir heyvandır, onu aldada bilməzsən. Pişik, təzyiq altında heç bir şey etməz, ancaq təbii qabiliyyətləri və ehtiyacları istifadə edilərək pişikləri razı salmaq olur. Və təbii ki,  əgər qarşılıqlı sevgi və anlayış varsa.

Bir pişiyin nəyi sevirsə onu edəcəyini dilə gətirən Kuklaçov, "Pişik, təbii davranışının altında yatan şeyi edər. Səhnədəki bütün nömrələr də bu təməl üzərində qurulmaqdadır" deyə bildirir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu