“Cəbhədəki təxribat kənar qüvvələrin ssenarisi əsasında gerçəkləşdirilib”


“Nə vaxt ki, ABŞ Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd göstərir, bu yöndə real addım atır, dərhal ön cəbhədə, təmas xəttində hansısa bir gərginlik yaşanır, təxribat baş verir”. 

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün başlanması ərəfəsində cəbhədə əsgərimizin şəhid edilməsi sülh danışıqlarının məntiqinə tamamilə ziddir: 



“İnanmıram ki, cəbhə xəttində baş verən bu hadisə məhz rəsmi İrəvanın istəyi, Paşinyanın və yaxud müdafiə naziri D.Tonoyanın birbaşa göstərişi ilə baş verib. Düzdür, Paşinyan və Tonoyan avantürist, qeyri-normal psixikaya malikdirlər.

Lakin indiki halda erməni rəhbərliyi beynəlxalq siyasi dairələrin diqqətini üzərlərinə çəkərək XİN başçılarının görüşü ərəfəsində belə bir təxribata yol verməzdi.

Açıq-aşkar görünür ki, bu hadisə onların kiçik beyinlərinin “məhsul”u deyil. Burada ayrı dəst-xətt aydın hiss olunur. Cəbhədəki son təxribat kənar qüvvələrin ssenarisi əsasında gerçəkləşdirilib”. 


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu