Daha bir nəticəsiz görüş: "Rəsmi Bakı İrəvanla lazımsız danışqılardan bir müddətlik imtina etməlidir"

“Gözlənildiyi kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsiz qaldı”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Analitik xatırladıb ki, görüşdən bir gün əvvəl Ermənistan ordusu təxribat törədərək təmas xəttində Azərbaycan hərbçisini qətlə yetirib: 

“Ancaq bu insident olmasaydı belə görüşdən nəticə çıxmayacaqdı. Onsuz da hər il xarici işlər nazirlərinin Nyu-Yorkdakı ənənəvi görüşlərindən nəticə çıxmır. Azərbaycan XİN-nin yaydığı bəyanatdakı iki cümlə də Nyu-Yorkdakı görüşün əhəmiyyətsiz olduğunu göstərir. Birinci cümlədə deyilir: - “Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı”.

Yəni hərbçimizin qətlə yetirilməsindən sonra hansı nəticədən danışmaq olar? Qəsdən törədilmiş təxribatdır. İkinci cümlədə deyilir: “Mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı”. Yəni nazirlər görüşdülər, əvvəlki mövqelərini təkrarladılar və ayrıldılar. Bu isə 25 ildən çoxdur davam edir”.

E.Şahinoğlunun sözlərinə görə, bir daha təsdiq olundu ki, görüş xatirinə görüş imitasiya xarakteri daşıyır və Azərbaycanın maraqlarına cavab vermir: 

“Çünki həm vaxt uzanır, həm də Ermənistan belə bir görüntü yaradır ki, guya danışıqlara hazırdır. Həqiqətdə isə İrəvan imitasiya xarakterli bu danışıqlardan status-kvonun daha da uzanmasına nail olmağa çalışır. Ona görə də bu vəziyyətdə rəsmi Bakı İrəvanla lazımsız danışqılardan bir müddət imtina etməli, yaxud fasilə vermək barədə düşünməlidir. Bu beynəlxalq təşkilatlara da Azərbaycanın ciddi niyyətindən xəbər verər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu