Vurğun Əyyub "Dədə Qorqud" qəbiristanlığında dəfn edildi  - FOTO - (YENİLƏNİB)

Vurğun Əyyub dəfn edilib.

Alim Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılıb.


17:13

Vurğun Əyyubla yaşadığı həyətdə vida mərasimi başa çatıb. 
 
Vida mərasimindən sonra alim "Ruhani" saz havası sədaları altında son mənzilə yola salınıb.

16:00

Vurğun Əyyubun yaşadığı həyətdə yas mərasimi başlayıb.

Lent.az məlumat verir ki, yas mərasiminə gələnlər arasında sabiq təhsil naziri Firudin Xəlilov, sabiq ədliyyə naziri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı,Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı, millət vəkili Fazil Qəzənfəroğlu, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzi (MSDM) sədri İsa Qəmbər, hərəkat üzvləri, eləcə də mərhumun qohumları, tələbələri iştirak edirlər.

Xatırladaq ki, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. Onun ölümünə səbəb isə onkoloji xəstəlikdən əziyyət çəkməsi olub.

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.
1992-1993-cü illərdə Vurğun Əyyub keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə ilk dəfə tələbə qəbulunun keçirilməsini təmin edib.
1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il əvvəl partiyadan istefa verib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu