İlin sonuna kimi neftin qiyməti qalxmayacaq - PROQNOZ

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Eyni zamanda  Səudiyyə Ərəbistanının və ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb. 

Maraqlıdır, həm bazarda neft istehsalının azalması, həm də regiondakı geosiyasi vəziyyətin gərginləşməsi neftin qiymətinə necə təsir göstərəcək?

Sualımızı cavablandıran Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, bu olay yalnız baş verdiyi vaxt neftin qiymətinə təsir göstərdi:

“Həmin vaxt dünya bazarında neftin qiyməti 71 dollara kimi yüksəldi. Amma sonralar Səhudiyyə Ərəbistanının neft hasilatının yarısını qısa müddətdə bərpa edib bazara çıxarması, “qara qızıl”ın qiymətini endirməyə başladı. Hazırda da neftin bir bareli 63-65 dollar civarındadır. Lakin hadisə zamanı bir çox araşdırmaçılarla neftin qiymətinin 80-100 dollara qədər artacağını proqnozlaşdırdıq. Amma hasilat qısa zaman kəsiyində bərpa olunduğu üçün belə bir dinamika müşahidə edilmədi”.

İ.Şaban onu da söyləyib ki, ilin sonuna kimi neftin qiymətində artımın olmayacağı proqnozlaşdırılır:

“Çünki dünya iqtisadiyyatında səngimələr müşahidə olunur. Bir tərəfdən də ABŞ və Çin arasındaskı iqtisadi müharibə güclənir. Bu kimi faktorlardan dolayı neftin qiyməti aşağıya doğru meyl edir. Zaman-zaman siyasi proseslər neftin qiymətini artırsa da, sonralar qiymətlər öz məcrasına qayıdır. Ümumi olaraq neftin bir bareli ilin sonuna kimi 60-65 dollar civarında müəyyənləşəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu