Sonsuzluğu yaradan amillər... – Həkim sadalayır


Azərbaycanda dağılan ailələrdən 6 mindən çoxunun uşağı olmayıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumat görə, ölkəmizdə 2018-ci ildə boşanmaların sayı 14 857 olub. Boşanan ailələrdən 6 559-nun övladı olmayıb.
Digər (8 298) ailələrin isə 3 894-nün bir uşağı, 4 404-nün (ümumilikdə 9 948 uşaq) isə iki və daha artıq uşaqları dünyaya gəlib.
 
Qeyd edək ki, son zamanlar ölkəmizdə sonsuzluq səbəbindən ayrılan cültlüklərin sayı durmadan artır.

Maraqlıdır, görəsən sonsuzluğu yaradan amillər hansılardır ? 



Suallarmızı cavablandıran həkim- pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında qeyd edib ki, müasir dövrdə boşanmaların səbəbi çoxdur. Və bu səbəblərin ən başlıcası sonsuzluqdur:

“Bizim cəmiyyət bunun səbəbini qadında görür. Fikrimcə,  bu yanlış yanaşmadır. Problem yalnız qadında deyil, kişidə də ola bilər. Belə halların yaşanmaması üçün gənclər ailə qurmazdan öncə  tibbi müayinədən keçməlidirlər.

Çünki tibbi müayinə doğrudan da çox vacibdir. Sonsuzluğun başlıca səbəblərindən biri də erkən nikahlardır. Düşünürəm ki, erkən yaşda evlilik heç də düzgün deyil,  çünki o yaşda nəinki psixoloji,  həm də tibbi cəhətdən insan formalaşmamış olur.

Valideynlər övladlarını erkən yaşda evliliyə deyil, təhsilə yönəltməlidirlər ki, belə problemlərlə qarşılaşmasınlar. Sonsuzluğun başqa səbəblərindən  biri də düzgün qidalanmamaqdır. İnsanlar, xüsusilə gənclər zərərli qidalara daha çox  meyl edirlər. Ayaqüstü yeməklər, qazlı və spirtli içkilər də buna daxildir”.

Lamiyə

Paylaş

Bizi Facebookda izləyin
menu
menu