"PKK-nın siyasilərə qarşı sui-qəsdləri Azərbaycana da sıçraya bilər" - TƏHLÜKƏ

“Ermənilərin terrorçu ASALA təşkilatı tədricən PKK-ya çevrilib”. Bunu Sherg.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.  Professor bildirib ki, PKK-ya Abdulla Öcalanın rəhbər seçilməsi də təsadüfi deyil. Çünki Öcalanın bir tərəfi ermənidir: 

“ASALA-nı PKK-ya çevirənlərin məqsədi Türkiyədə sui-qəsdlər həyata keçirməkdir. HDP-nin həmsədrlərindən əslən erməni olanlar, Ermənistanda doğulanlar da var. Yəni bu təşkilatın ermənilərlə bağlılığını inkar etmək mümkün deyil. Məsələ ondadır ki, PKK uzun müddət siyasi adamları hədəf almayıb. Bunun səbəbi təşkilatın ASALA-nın törəməsi olduğu faktını gizlətmək olub. Amma görünür, indi vəziyyət dəyişib və bu səbəbdən PKK-nı siyasi sui-qəsdlərə cəlb etməyə qərar veriblər. Əslində kürd terrorçuları onların “azadlığına” mane olan güc strukturlarını hədəf seçiblər. Ona görə də həmişə ordunu və polisi terrora məruz qoyublar. Özlərini “siyasi döyüşlər”də sınamaq fikrinə düşən terrorçuların müəyyən məqsədlər güddüyü aydındır”. 

C.Nuriyevin sözlərinə görə, ermənilər PKK-nı ASALA-nın qolu kimi meydana çıxarmağa məcbur olublar: 

“Türkiyə uzun müddətdir Azərbaycanın ərazi bütüövlüyü uğrunda siyasi mübarizə aparır. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin tribunasında növbəti dəfə münaqişə ilə bağlı sərt bəyanat verdi və ermənilərin işğalçılıq siyasətini pislədi. Şübhə yoxdur ki, ermənilər PKK terrorçularının əliylə Türkiyədə sui-qəsdlər təşkil etmək niyyətindədirlər. PKK-nın siyasilərə qarşı sui-qəsdləri Türkiyə ərazisindən Azərbaycana da sıçraya bilər. Çünki ermənilərin Azərbaycanda hədəf aldıqları siyasətçilər var. Ümumiyyətlə, ermənilər Azərbaycanın ərazi bütövlüyünü israrla gündəmə gətirən hər kəsi terrora məruz qoya bilərlər. Ona görə də mümkün qədər ehtiyatlı davranmalıyıq”.    

Qeyd edək ki, Türkiyənin Mardin bölgəsində keçirilən “Qıran-2” əməliyyatı çərçivəsində terrorçulara məxsus gizli sənədlər aşkar edilib. Əməliyyat çərçivəsində ələ keçirilən kompüterdə PKK-nın bölgədə son 20 ildə təşkil etdiyi hücum və fəaliyyətlərin arxivi ələ keçirilib. Əldə edilmiş materiallar əsasında terrorçulara yüksəkçinli dövlət məmurlarına qarşı sui-qəsdlərlə bağlı göstəriş verildiyi məlum olub.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu