Bakıda Avtovağzalın qarşısında “Mercedes” yandı: Hərəkət iflic oldu - FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Məmmədov Elxana məxsus 50- CK-141 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yanmağa başlayıb.

Lent.az -ın məlumatına görə, cihazlar lövhəsində nasazlıq işığının yandığını görən sürücü dərhal avtomobili yolun kənarında saxlayıb. Hadisə yerinə Binəqədi Rayonu Yol Polis Şöbəsinin və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Görülən tədbirlər nəticəsində avtomobil söndürülüb. Avtomobilin yanması ilə bağlı yolda nəqliyyatın fəaliyyətində çətinliklər yaranıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu