Xalq şairi Vurğun Əyyub haqqında:“Halal və düzgün yaşayan insanların yeri bilinir, görünür”



“Bütün sosial media və eləcə də ölkə ictimaiyyəti, siyasi partiyaların üzvləri, hər kəs Vurğun Əyyubun yaşaması üçün dualar edir; şəfa taparaq ayağa qalmasını arzulayırdı”.

Bunu “Sherg.az”a xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, bu onu götərir ki, dünyada halal və düzgün yaşayan insanların yeri bilinir, görünür:

“Xalq belə insanları digərlərindən seçib, fərqləndirir.

Bu mənada Vurğunun itkisi ölkənin mədəni, mənəvi, təhsil və siyasi həyatı üçün böyük itki idi. Onun yeri çox görünəcək. Onunla vidalaşmağa  müxalifət düşərgəsinin bütün fəalları gəlmişdi.

Vurğunun  keçdiyi yollar və gördüyü işlər barədə  dəyərli fikirlər səsləndirildi. Ən çox da onun təhsilimizə bəxş etdiyi və ondan yadigar qalan test sistemi barədə danışıldı. Test sistemindən əvvəlki dövrü yaxşı xatırlayıram. Yay aylarında paytaxt rayonlardan gələn insanlarla dolurdu.

Onlar  övladlarını ali məktəbə qəbul etdirmək üçün yollar axtarırdılar. Xalqın canını bu bəladan test sistemi qurtardı. Vurğun bəy neçə nəsil üçün yaşıl işıq yandırdı. Düzdü, test üsuluna qarşı çıxanlar da oldu, amma həyat, zaman  onu sübut etdi ki, bu olduqca gərəkli addım imiş”.

  

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu