"102"- dən xəbər yoxdur: 13 yaşlı qız uşağı ortada qalıb



Paytaxtda qəribə hadisə baş verib. Aynur Azəri adlı sosial şəbəkə istifadəçisi dünən gecə başına gələnləri paylaşıb. Xanım yazır ki, dünən axşam saat 22-23 radələrində həyətdə qonşuların səsini eşidib. Maraqlanıb görsün, nə baş verir. Görüb ki, bir qadın azyaşlı qızını kiməsə tapşırmaq istəyir:

- “Nə olar” dedi, “biri bir gecə qızımı saxlasın”. Kimse boynuna almadı. Mən dedim ver, gəlsin, qızımla yatar, nə olar, mən də əziyyət çəkən adamam. Amma dedim ki, qolum sınıb, səhər həkimə gedəcəm, tez gəlin. Səhər gəlməli idi, gəlməyib. Zəng vururam, açmır telefonu. Qonşular məni danlayır ki, tanımırsan niyə evinə alırsan?! İndi qız deyir ki, anam gəlməyəcək, mənə əziyyət verirdi, paltarsız həyətdə yatızdırırdı və sairə. Qonşular məni hey danıayir! Mən də 102-yə 1 saatdı zəng vurub məlumat vermişəm, hələ ki yoxdular! 
Sizcə mən evimə almamalı idim bu 13 yaşlı qız uşağını?! Qonşular, “sənin başın ağrıyacaq” deyir. Mən də anayam, əziyyətlə iki uşaq böyüdürəm. Bu baxımdan ürəyim yandı anaya, qızına. İndi isə əziyyətini çəkirəm. Yetər ki qızı təhvil verim qanunla. Fakt olsun deyə, qızın səsini telefona yazmışam.
Günorta saatlarında Aynur xanımla əlaqə yaratdıq. Hələ də polisin gəlmədiyini dedi. Sosial şəbəkədə xanımla həmrəylik nümayiş etdirənlər şoxdur və onun doğru hərəkət etdiyini bildirirlər. Məsləhət də verirlər ki, qızı və qonşulardan birini şahid kimi yanına alıb yaxınlıqdakı polis şöbəsinə gedib rəsmi müraciət etsin, izahat yazsın.
A.Azəri bizimlə söhbətində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevanın məsələ ilə maraqlandığını və öz tərəfindən polisə müraciət etdiyini də dedi. 
A.Azəri ilə təkrar əlaqə saxladıqda dedi ki, polisdən zəng edib, hadisə yerinə gələcəklərini söyləyiblər. Xanım “evdə oturub öolisləri gözləyirəm. Qolum ağrıyır, ağrıkəsici qəbul etmişəm. Mənim uşağı polisə aparmaq imkanım yoxdur” dedi.



Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu