“Dost şəhərlər” həyasızlığı fiaskoya uğrayır

Anar İmanov: "Ermənistanın dəstəkçiləri azalır: Fransa məhkəmələrinin separatçılarla bağlı qərarı effektiv olacaq"



“Fransa məhkəmələri tamamilə doğru qərar verib, bunun müsbət effekti mütləq olacaq”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Analitik bildirib ki, Fransa məhkəmələri ədalətli qərar verməsəydi, rəsmi Paris çox qərəzli və düşünülməmiş addım atmalı idi: 

“Bir atalar sözü var – “Yalan ayaq tutar, yeriməz”. Bütün həyatlarını yalan üstə quran ermənilər min bir üsul və hiylə ilə yalanlarını yaşatmaq istəyirlər. Amma o yalanların ömrü qısadır və gələcəkdə də qısa olacaq. Ermənistan bədbəxt ölkədir. Müasir dövrdə bütün ölkələr qonşuluq siyasətini dostluq səviyyəsinə qaldırırlar. Ancaq yolunu azmış və Azərbaycanın əzəli torpaqlarında özlərinə bədbəxt dövlət düzəldən ermənilər, bütün qonşuları aldatmaq istəyir”. 

Ekspertin sözlərinə görə, vaxt keçdikcə dünya ölkələri bu danılmaz faktları, həqiqətləri daha da aydın görür: 

“Getdikcə təcavüzkar Ermənistanı dəstəkləyən dövlətlərin sayı azalır. Erməni lobbisinin güclü olduğu Fransa da artıq işğala göz yummaq fikrində deyil. Üstəgəl, Ermənistanın yeni rəhbəri Nikol Paşinyan erməni lobbisi ilə yola getmir. Nəticədə böyük təpki ilə üzləşən Paşinyan dünyada da olmayan nüfuzunu itirir. Günlər keçdikcə ermənilərin bütün planları suya düşür. “Dost şəhərlər” həyasızlığının fiaskosu bunun bariz nümunəsidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu