İki rayonunun sakinləri səmada qəribə cisim gördülər


İmişli rayonunda səmada yanaraq irəliləyən göy cismi müşahidə edilib.
“Report” bildirir ki, hadisə rayonun səmasında gecə saat 22 radələrində baş verib.

Göy üzü anidən işıqlanıb və həmin zaman sürətlə və yanaraq irəliləyən göy cismi görünüb.

Analoji hadisə Sabirabad rayonunda da müşahidə edilib. Göy üzündə mövcud olan parıltının meteorit olduğu ehtimal edilir.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu