Səudiyyə kralının ən yaxın adamı öldürüldü



Səudiyyə kralının ən yaxın mühafizəçilərindən olan general Əbdüləziz öldürülüb.

Axar.az xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı dövlət televiziyası yayıb. Generalın Ciddədə dostu ilə mübahisədən sonra vurularaq öldürüldüyü bildirilib.

Əbdüləzizin 2002-ci ildən bu yana kralın mühafizəsini həyata keçirdiyi və onun ən yaxın adamlarından biri olduğu vurğulanıb.

Generalın vəliəhd şahzadə Məhəmməd bin Salmanla münasibətlərinin normal olmadığı bildirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu