İnternetdə tanış olduğu qızı görmək üçün İzmirə getdi, cəsədi təsadüfən tapıldı



İctimai mediada tanış olduğu gənc qızla evlilik xəyalları quraraq gəldiyi İzmir, zonguldaklı Mutlu Kıyarın gördüyü son şəhər oldu. Mühacir ovuna çıxan polis qrupları onu ağaca asılı halda tapıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki,  Zonguldaklı 23 yaşlı Mutlu Kıyar həqiqətən də adı kimi çox mutlu idi. Əsgərlikdən yeni gəlmişdi, bir iş tapmışdı və artıq sevgilisi də vardı. Avqust ayında ictimai media üzərindən tanış olduğu İzmirli Yağmur Gözələ vurulmuşdu . İnternet üzərindən mesajlaşmaqla başlayan əlaqə, bir-birlərinə telefon nömrələrini vermələriylə, hər gün qarşılıqlı bir - birini axtarışlara çevrilmişdi. Telefonda saatlarla danışır, hər dəfə bir-birlərini həqiqətən görməyin xəyalını qururdular.

ONUNLA EVLƏNƏCƏKDİ

Mutlunun əlindəki tək şey ictimai mediadakı profil şəkili idi və Yağmuru yaxından görməyi o qədər çox istəyirdi ki... Yağmura tez-tez İzmirə gəlmək istəyindən bəhs edirdi. Bir gün telefonu atasına və anasına uzatdı. Ailəsinə, telefonda danışdırdığı Yağmurla evlənmək istədiyini söylədi. O, evlənməyi və İzmirə getməyi ağlına salmışdı. Yağmur bu ziyarəti həmişə təxirə salsa da,  Mutlu bu dəfə qəti qərarlı idi.


"İZMİRə GEDİRƏM"

11 Avqust günü atasına, "İzmirə gedirəm. Evlənəcəyim qızla görüşəcəyəm" deyərək evdən çıxan Mutlu ,  avtobusa İzmirin yolunu tutdu. O, İzmirə çatmış, atasını arayıb, "narahat olmayın, İzmirdəyəm" demişdi. Ancaq bu telefon danışıqları ata ilə oğulunun son əlaqəsi olacaqdı. O gündən sonra Mutlu bir daha ailəsini axtarmayıb. Bir neçə gün keçdikdən sonra ailə maraqlanmağa başladı. Polisə müraciət edib, oğullarının ortadan qeyb olma hekayəsini izah etdilər. Zonguldak polisi keçən həftə Mutlunun bir izini tapdı.  Onun telefonu Bulaq qəsəbəsində meşəlik bir ərazidən siqnal verirdi. İzmir polisi təlim görmüş itlərlə birlikdə bölgədə axtarış apardı, ancaq Mutlunun bir iz tapa bilmədi.

MÜHACİR AXTARIRDILAR

Dünən isə eyni bölgədə mühacir ovuna çıxan polis qrupları isə qorxunc bir mənzərəylə qarşılaşdı. Ağacda asılı bir cəsəd vardı. Qruplar dərhal hərəkətə keçdi və itkinlər araşdırıldı. Mutlu Kıyarın itkin məlumatını öyrənən qruplar Zonguldakdakı ailə ilə əlaqə yaratdı. Meşəlik sahədə bir cəsəd olduğu xəbərini alan ailə İzmirə yollandı. Atası Mustafa və böyük qardaşı Adəm, cəsədi yoxladılar. Ölən, öz övladları idi. Ailə darmadağın oldu. Oğullarının evlənmə ümidiylə gəldiyi şəhərdən cəsədini götürdülər.

TAM FƏRQLİ BİRİ ÇIXDI

Polis, ailənin verdiyi məlumata əsasən Yağmur Gözəlin axtarmaq üçün iş başlatdı. Bəli, Yağmur tapılmışdı, amma Yağmur deyildi. Onun əsl adı Tuğçe Demirdaş idi və daha doğrusu ictimai mediadakı profil şəkilindən tam fərqli biri çıxmışdı qarşılarına. Mutlu bu  müddət ərzində aldadılmışdı. Tanış olduğu qız o qız deyildi. Ad gerçək deyildi, foto gerçək deyildi, eşq gerçək deyildi. Tək gerçək Zonguldak-İzmir xəttində sürən eşq hekayəsi ağrılı sonla bitmişdi.

"MƏHKƏMƏDƏ HESABLAŞACAĞAM"

Mutlunun  ailəsi isə üsyan etdi. Oğulunun internetdə tanış olduğu qız tərəfindən intihara sürükləndiyini söyləyən ata, Mustafa Kıyar, bu hadisənin arxasını buraxmayacağını söyləyib. Oğulunun 11 avqustda İzmirə getdiyini bildirən ata, "Mutlu daha sonra məni axtaranda səsi çox pis idi. "Narahat olmayın, İzmirdəyəm" dedi. Mən nə isı işlərin yaxşı getmədiyini hiss etdim. Amma içinə qapalı idi, izah etmədi, o qız, o qız deyilmiş. İctimai mediadakı ad da, şəkildə yalanmış. Nə oldu, nə etdilər, aralarında nə keçdi bilmirəm. Bildiyim tək şey o qızın oğulumu intihara sürükləməsidi. Bu işin arxasını həyatımın son anına qədər buraxmayacağam. Oğulumu torpağa verdikdən sonra ağrımın atəşiylə o qızla məhkəmədə hesablaşacağam" deyib.

CANLI VERİLİŞƏ BAĞLANMIŞDI

Mustafa Kıyar, oğulundan xəbər ala bilmədiyinə görə polisə itkin xəbəri verməklə yanaşı televiziya proqramına da qatılmışdı. Proqrama Tuğçe Taşdemir adıyla gizli nömrəylə bağlanan bir qadın isə Mutlu ilə internetdən tanış olduqlarını və əsla yan-yana gəlmədiklərini söyləyərək İzmirə gəldiyindən belə xəbərsiz olduğunu iddia etmişdi.

 Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu