İstefa verən deputat jurnalistlər qarşısına çıxdı: “Vəsiqələrimi girov qoymamışam" - FOTOLAR (YENİLƏNİB)

Rafael Cəbrayılov Milli Məclisin deputat mandatından imtina etməsi ilə bağlı açıqlama verib.

“Report” xəbər verir ki, R.Cəbrayılov deyib ki, borc məsələsi müzakirəyə çıxarıldığına görə deputat kimi fəaliyyət göstərmək istəməyib: “Məsələ qardaşım Elşən Cəbrayılova məxsus tikinti şirkəti ilə bağlı idi. Devalvasiyadan sonra vətəndaş Təranə Fətəliyeva ilə qardaşım arasında narazılıq yarandı. Ümumiyyətlə, mənə dedilər ki, bəlkə, istefa verməyə tələsməyəsən, amma mən belə daha düzgün hesab etdim. Bu, Azərbaycanda nadir hadisələrdəndir. Yeni Azərbaycan Partiyasının üzvü deyiləm, ona görə bunu dramatikləşdirməyə ehtiyac yoxdur, janqlyorluq etməsinlər”.

O, borc məsələsinin tez bir zamanda həll ediləcəyini qeyd edib.

R.Cəbrayılov Heydər Əliyev siyasi kursuna sadiq qaldığını vurğulayıb: “Hazırda İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edirəm. Bundan sonra da belə olacaq. Mən tez-tez əqidəsini dəyişən adam deyiləm. Kommunist Partiyasının biletini hələ də saxlayıram. Cəlil Məmmədquluzadə demiş, bəlkə də, qaytardılar”.

R.Cəbrayılov ölkəni tərk etməyəcəyini deyib.

20:18

“Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur".

APA -nın məlumatına görə, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi".

R.Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu