Həkimdən valideynlərə XƏBƏRDARLIQ: “Uşaqların enerji içkilərindən istifadəsi...”



Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında enerji içkilərindən söz açıb.

“Sherg.az”xəbər verir ki, Z.Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu bildirib.

O qeyd edib ki, bu içkilərin ziyanı ilə bağlı maarifləndirmə işlərinin aparılması vacibdir:

“Keçən dəfə bir məktəbdə idim. Gəlib mənə sual verirdilər ki, Ziyafət müəllim, enerji içkiləri niyə ziyandır?”.

Z. Əsgərov qeyd edib ki, enerji içkilərinin ziyanlı olması haqqında maarifləndirmə işləri aparılmalıdır.

Xatırladaq ki, 2004-cü ildə Avropa İttifaqında qəbul edilən tələblərə əsasən, 1 litrində 150 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir. 2014-cü ildən bu qayda daha da sərtləşdirilir və müəyyən edilir ki, 100 ml-də 1 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində "Yüksək kofein tərkiblidir. Uşaqlar, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur” yazılmalıdır.

Ancaq məhdudiyyətlər bununla da bitmir. Yüksək həcmdə kofein istehlakından qaynaqlanan problemlər enerji içkilərinin müəyyən şərtlər daxilində Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada qadağan olunmasına səbəb olub. İsveçdə də enerji içkilərinin satışında məhdudiyyətlər tətbiq edilir və ümumiyyətlə, həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilir. 2012-ci ildən Macarıstanda tərkibində yüksək kofein olan enerji içkilərinə "ictimai səhiyyə vergisi” ("public health tax”) tətbiq olunur”



Enerji içkilərinin ziyanları barədə “Sherg.az”a danışan tibbi ekspert, tibb elmləri üzrə professor Adil Qeybulla vurğulayıb ki, enerji içkilərin tərkibində müxtəlif maddələr, kofein var:

 “Enerji içkiləri bir müddət orqanizmi tonusa gətirmək gücünə qadirdir. Amma bu içkilər həm də ürək fəaliyyətini, sinir sisteminin fəaliyyətini fəallaşdırdıqda uzun müddət onlardan istifadə etmək məqsədəuyğun deyil. Təəssüflər olsun ki, belə içkiləri uşaqlara da “Heç nə olan deyil!” deyib verən valideynlər var. Məktəbyaşlı uşaqların enerji içkilərdən istifadəsi qəti yolverilməzdir.

Bəzən məktəblərin yanında olan bufetlərdə, məktəbin özündə bu cür içkilər satılır. Bu, çox narahat doğuran məsələdir. Çünki bu cür içkilərin mütəmadi qəbul olunması ürək əzələlərin yorulmasına, kardiomeopatiyaya səbəb olur, hətta bu enerji içkilərinin təsiri altında ürək çatışmazlığından dünyasını dəyişənlər də var.

Hesab edirəm ki, valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar. Yetkin insanlar belə enerji içkilərdən istifadəyə çox alüdə olmamalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu