Sosial rifahın üstünlüyü: "Azərbaycanda demoqrafik vəziyyət stabildir"

Oktyabrın 1-dən etibarən Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınmasına başlanılıb. Prezident İlham Əliyev bu haqda danışarkən deyib ki, ölkədə demoqrafik vəziyyət normaldır. Bu isə sosial rifahın inkişafı ilə bağlıdır.

Milli məclisin deputatı Hikmət Babaoğlu da hesab edir ki, ölkədəki demoqrafik vəziyyətin stabil olması hökumətin islahatları, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlıdır.



Deputat Sherg.az-a bildirib ki, Azərbaycanda demoqrafik problem yoxdur:

"Ölkəmizdə əhalinin sayı dinamik olaraq artmaqdadır. Bu,  bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir mühafizədir. Çünki hazırda dünyada, o cümlədən qonşu ölkələrdə demoqrafik problemlər var. Qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır.

Qeyd etdiyim kimi, Azərbaycanda demoqrafik vəziyyət stabildir. Bu, həm də iqtisadi inkişafdan, dövlət-vətəndaş münasibətlərinin uğurla inkişaf etdiyindən xəbər verir. Bildiyiniz kimi, müasir gənclər ailə həyatı qurarkən ailə planlaşdırılması aparırlar. Burada da əsasən ailə büdcəsi əsas götürülür. Düşünürəm ki, demoqrafik vəziyyətin stabil olması həm də ailələrin sosial rifahının yaxşılaşdırılmasına kömək edəcək, millətimizin uğurlu gələcəyinə təkan verəcək”. 

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu