Türk Şurası dövlətləri Birgə İnvestisiya Fondu yaradacaq

Türk Şurasının üzv dövlətləri arasında birgə investisiya fondunun yaradılması barədə fikir mübadiləsi aparılır.

Bunu bu gün Bakıda keçirilən "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda konfransda Türk Şurasının baş katibinin müavini İsmət Gözəlov deyib.

Onun sözlərinə görə, Türk Şurası etibarlı bir təşkilat olaraq müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir:

"İndiyədək keçirilən görüşlərin mövzusu fərqli sahələri əhatə edib. Şuranın fəaliyyəti digər beynəlxalq təşkilatların fəaliyyəti ilə uzlaşır. Bu il üzv ölkələrin birgə ticarət və sənaye palatası yaradılıb. Hazırda birgə investisiya fondunun yaradılması barədə fikir mübadiləsi aparılır".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu