Cib telefonunu da birdəfəlik atacaq: Uğurlu şəhər karyerasından qaçıb kəndə köçdü


 Uzun illər Almaniyada, daha sonra İstanbulda yaşayan, uğurlu bir karyerası olan Tunc Demirkaya şəhər həyatından sıxılaraq Türkiyənin  Bartın şəhərinin Ulus qəsəbəsindəki ata evinə köçüb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 45 keçi saxlayan Demirkaya, "Qaradənizin Mandıra ilosofu" adıyla şağırıldığını və təbiətə sığınmağa gəldiyini söyləyir. 23 il əvvəl  Ulus qəsəbəsində liseydən məzun olan Tunc Demirkaya, Çukurova və İstanbul Universitetlərini bitirdikdən sonra 10 il Almaniyada, daha sonra da İstanbuldakı şirkətlərdə çalışıb.  4 il əvvəl Ulus qəsəbəsinin Küllü kəndinə dönərək atasına aid ərazidə əvvəl toyuq, sonra qaz-ördək saxlamağa başlayıb. Sonrasında 5 keçi də alan  Demirkayanın indi 45 keçisi var. İtləriylə birlikdə keçiləri otarmağa gedən Tunc, vaxt olanda  kitab oxuyaraq, dinclik tapır:



"4 ildir burada xoşbəxt və dincəm. Kəndə döndükdən sonra kiçikbaşlı heyvanları hobbi məqsədiylə saxlamağa başladıq. 
Daha sonra 5 keçi aldıq. İndi keçilərin  sayı 45 oldu, məqsədimiz 45-i 400 etmək, min etməkdir. Kəndimizdə demək olar ki, heyvandarlıq yoxdur. Qaradənizdə bunu etmək çox çətindir. Amma bir işi sevsəniz, hər şeyin öhdəsindən gəlmək olur".

Kəndinə döndüyü üçün peşman olmadığını söyləyən Demirkaya sözlərinə belə əlavə edir:





Qəti peşman deyiləm, böyük şəhərdə səhər 8-də iş başına çatmaq üçün gərək 5-də qalxasan və siz işə gedənə qədər, bir çox stress və çətinlik yaşayıb iş başında yorğun olursuz. İşin təzyiqi, rəqabət, özünüzə yer eləmək, bunlar adamı yorur. Mən bütün insanlara təklif edirəm, yəni gedib 100 min lirəyə, 500 min lirəyə kredit çəkib, lüks maşınlar, ya da betondan divarlar almasınlar, gedib hansısa kənddən 200 kvadrat metr bir sahə alıb, həyatı boyu çiyinlərinə yığılan yükü, stresi  ata bilərlər. Və bunu etmək üçün pula da ehtiyac yoxdur. Sıfırdan başladıq, buna pul ayırmadıq, kredit də çəkmədik, dövlətdən də bir gözləntimiz olmadı.
Hobi deyə başladıq, sonradan gördük ki, 5 keçiylə, 10 keçiylə də ola bilirmiş və bu heyvanlar davamlı törəyir. Yetər ki siz onları sevin və onun ehtiyaclarını qarşılayın, hər şey olar."




Demirkaya onu "Mandıra filosofu" xarakterinə bənzətdiklərini ifadə edərək, "Mənim saçlarım, saqqallarım uzundur, təbiətlə iç- içə olduğum üçün   "Mandıra filosofu" filmindəki xarakterə bənzədirlər. Deyirlər ki, 'Sən Qaradənizin Mandıra filosofusan." Bu söz xoşuma gəlir. Texnologiyayla aram heç yoxdur. Televiziyanı heç izləmirəm. Amma ictimai mediada hər gün fotolar paylaşıram. Bəzən şəkil paylaşmayanda yoldaşlarım inciyir. Bütün heyvanlarımı yoldaşlarım məndən yaxşı tanıyır. Ayrıca ən qısa zamanda cib telefonu da istifadə etməyəcəyəm" deyə  sözlərinə əlavə edir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu