Koroğlu küçəsində arvadının gözləri qarşısında özünü vurdu


Türkiyənin Samsun şəhərində stress yaşayan bir nəfər həyat yoldaşı və uşağının gözü qarşısında tüfənglə özünü vuraraq ağır yaralanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə Samsunun İlkadım qəsəbəsinin Saitbey məhəlləsinin Koroğlu küçəsində baş verib. Əldə edilən məlumata görə, ailəvi problemlər üzündən stress yaşayan O. Ö. (23), evlərində 4 illik həyat yoldaşı Y.Ö.ın yanında boğazına dirədiyi ov tüfəngindən atəş açaraq özünü vurub. Ağır yaralanan O. Ö., 112 Təcili Xidmət qrupları tərəfindən təcili yardımla Samsun xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Xəstəxanada gözyaşına hakim ola bilməyən və həyat yoldaşının anası ilə mübahisə etdiyini söyləyən bir uşaq anası Y. Ö., ərinin gözləri qarşısında özünü vurduğunu söyləyib. Hadisə ilə əlaqədar istintaq başlayıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu