Paşinyandan növbəti fiasko: nə özünə  hörmət edən var, nə də ölkəsinə...    

“Avrasiya İqtisadi İttifaqı Sammitinin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşintanın Rusiya prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Bunu gizlətmək olmadı. Hətta Ermənistan mediası etiraf etdi ki, Ermənistan bu görüşün baş tutması üçün çox yalvarıb və bunun üçün Rusiyaya çoxsaylı xahişlər ünvanlanıb”.

Bu barədə “Sherg.az”a Milli.az- ın baş redaktoru, siyasi şərhçi Anar İmanov bildirib. Baş yazar qeyd edib ki, protokola əsasən, qonaq gələn ölkə rəhbərləri hər bir dövlət və hökumət başçısı ilə görüşür, geniş tərkibdə görüşlər təşkil olunur və s. Bu cür görüşlər Azərbaycanda da olub, görmüşük, işıqlandırılıb. Amma Ermənistanda nə baş verdi? Bir sözlə ifadə etsək, fiasko: 



“Bəli, Putin Nikolla görüşdü, amma günün sonunda, özü də sammit çərçivəsində. Beləliklə Paşinyanın bir daha yeri göstərildi. Və bu birbaşa Paşinyanın hal-hazırda yürütdüyü ağlasığmaz, qeyri-konstruktiv və qeyri-səmimi siyasəti ilə bağlıdır.

Təkcə Rusiya tərəfindən Paşinyan ciddi qəbul olunmasaydı, dərd yarı olardı. Dünya Paşinyanı saymır. Və bu amil məhz Paşinyanın regionda yürütdüyü anlaşılmayan siyasəti və hərəkətləri ilə bağlıdır.

Və nəticədə Ermənistan dünyada olan-olmayan nüfuzunu itirir. Çünki hakimiyyətdə naşı, heç nədən başı çıxmayan, siyasi savadı sıfırın altında olan olan bir Nikol nümunəsi var. Nikola nə dünyada, nə də Ermənistanın özündə hörmət edən var. Bunu artıq gizlədə də bilmirlər və Ermənistan mediası bu haqda zaman-zaman yazılar tirajlayır”.

Siyasi şərhçi Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunmasına da diqqət çəkib: 

“Müqayisə etmək fikrində deyiləm, amma müəyyən vaxt sonra Rusiyanın rəhbəri Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşür. Səmimi şəraitdə keçirilən görüş bir daha təsdiq edir ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə davam edir. Dövlət başçımızın dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də prezident İlham Əliyevin dünyada olan böyük hörmətin göstəricisidir”.



Politoloq Arzu Nağıyev da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Valday klubunun növbəti yığıncağına dəvət alması çox mühüm əhəmiyyət kəsb edən məsələdir.
Onun sözlərinə görə, Valday klubu dövlət başçıları və mühüm şəxslərlə təmsil olunan bir klubdur:

“Eyni zamanda, bu klub dünyada baş verən iqtisadi, siyasi, hərbi məslələrlə bağlı diskussiya məkanıdır: "Burada bir sıra mühüm görüşlər keçirilir. Bu səbəbdən Azərbaycan Prezidentinin belə bir yığıncağa dəvət alması ciddi əhəmiyyət kəsb edən məsələdir və Prezidentin orada bir sıra görüşlərinin nəzərdə tutulması ondan xəbər verir ki, İlham Əliyevin nüfuzu təkcə MDB məkanında deyil, eyni zamanda, dünyada müsbət, həddən artıq böyük reytinqə malikdir".

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu