“Valday”da ən problemli məslələr müzakirə olunur: "Rusiya bu iclasa etibarlı tərəfdaşlarını dəvət edib"

Ermənistanda Avrasiya İqtisadi İttifaqının sammiti baş tutub. Sammit Ermənistanın baş naziri Nikol Paşinyanın tam nüfuzdan düşdüyünü bir daha göstərdi. Tədbirin Yerevanda keçirilməsinə baxmayaraq, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutdu. Əslində, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərdi, yalvarış xarakterli müxtəlif xahişlər edildi.

Azərbaycan rəhbərinin dünyada nüfuzlu siyasi xadim kimi qəbul olunmasına nəzər yetirək. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq beynəlxalq tədbirlərə dəvət olunur, dünyanın aparıcı ölkələrinin liderləri ilə görüşlər keçirir, müzakirələrə qatılır. Elə bu günlərdə cənab Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştiraka dəvət olunması və çoxsaylı yüksək səviyyəli görüşlər keçirməsini göstərmək olar.

Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. 



Politoloq: "Rusiya kimə arxalanacağını çox gözəl dərk edir və Azərbaycanla münasibətlərini quraraq maraqlarını daha çox təmin edə bilir"


Məsələni dəyərləndirən politoloq İlqar Vəlizadə Sherg.az-a söylədi ki, regionumuzda geosiyasi təşəbbüs Azərbaycanın əlindədir. 

Politoloq qeyd edib ki, keçirilən görüşlər onu göstərir ki, Azərbaycan Rusiya üçün ən önəmli regional tərəfdaş sayılır:

“Baxmayaraq ki, müəyyən regionlarda ziddiyətlər mövcuddur. Amma Rusiya üçün ən etibarlı tərəfdaş Ermənistan yox məhz Azərbaycandır. “Valday” görüşü göstərir ki, Rusiya kimə arxalanacağını çox gözəl dərk edir və Azərbaycanla münasibətlərini quraraq maraqlarını daha çox təmin edə bilir. Belə olan halda “Valday” görüşündə ən problemli məslələr müzakirə olunur. Rusiya çalışıb ki, bu görüşə ən etibarlı tərəfdaşlarını dəvət etsin. Əlbəttə ki, həmin ölkələr sırasında Azərbaycanın yer alması təsadüf deyil. Çünki ölkəmiz Rusiyanı İran, Yaxın Şərq və Cənubi-Qərbi Asiya ilə birləşdirən dövlətdir. Azərbaycan Rusiya üçün həmçinin strateji əhəmiyyət daşıyır”. 

Politoloq həmçinin vurğuladı ki, Ermənistan Avrasiya İttifaqında sadəcə olaraq görüş meydançası rolunu oynayır:

“Yəni, Ermənistanın nümayəndə heyətini qarşılamaq və onları yerləşdirməkdən başqa rolu yoxdur. Ermənistanın siyasi nüfuzu çox aşağı olduğu üçün Avrasiya İttifaqına təklifləri də yox dərəcəsindədir. Ermənistan Rusiyadan qazın qiymətinin yuxarı qalxmamasını istəyir. Hazırda Paşinyan çalışır ki, Rusiyanın könlünü alsın və Qarabağ məsələsində Rusiyanın ona təzyiq göstərməməsinə nail olsun. Hadisələr göstərir ki, Rusiya da mövcud vəziyyətdən narahatdır. Belə olan halda ola bilər ki, Rusiya öz mövqelərində müəyyən dəyişiklik etsin. Ermənistan isə bundan ehtiyat edir və qorxur. Baş verən hadisələr göstərir ki, nəticə etibarı ilə Rusiya regionda daha çox Azərbaycanın tərəfindədir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu