Lüksemburq klubu Azərbaycandan üzr istədi: "Bu məsələni araşdıracağıq" - FOTO

“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib.

Oxu.Az xəbər verir ki, klubun rəsmi “Twitter” hesabında üzrxahlıq edilərək bunlar yazılıb: 

“Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.

Daha sonra klub bunun “Armenian Ultras“ fanatları tərəfindən edildiyini açıqlayıb.

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı Dağlıq Qarabağ rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə 20 dəqiqəlik fasilə yaranıb.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu