Elçin Şıxlı 63-ə qədəm qoydu: "Utanılacaq heç nə etməmişəm"

Bu gün Azərbaycan mətbuatının görkəmli nümayəndələrindən biri, “Ayna-Zerkolo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlının doğum günüdür.

O, ömrünün 62-ci yaşına qədəm qoyur.

Doğum günü təəsüratlarını Sherg.az-la bölüşən E.Şıxlı bildirib ki, geridə qoyduğu yaş onun üçün uğurlu olub:

“Təbii, hər kəsin həyatında həm yaxşı, həm də pis günlər olur. Bunun əksi mümkünsüzdür. Ötən yaş mənim üçün normal keçdi. Hər halda utanılacaq heç nə etməmişəm.”

 Yeni yaşından gözləntilərinə gəlincə, Şıxlı qeyd edib ki, ən böyük arzusu ətrafındakı insanların çöhrəsindən təbəssümün əskik olmamasıdır:

“Əvvəlki illərdə olduğu kimi bu dəfəki ad günümü də ən yaxın adamlarımla, əzizlərimlə qeyd edəcəm. Bu, həm də simvolik məna daşıyır. Mən bu axşam o insanlarla yemək masası arxasına oturacam ki, onların daim ətrafımda olmalarını istəyirəm. Arzulayıram ki, həm mən, həm də əzizlərim həmişə pozitiv ruhda olaq. Əgər bunu bacarsaq, deməli, yaxşı yaşaya bilirik. Ümumən həyatdan nə gözləyirəmsə, yeni yaşımdan da onu gözləyirəm: xoşbəxtlik və firəvanlıq".

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu