"Asax reallığı"nı susdurmalıyıq: O səhifə erməni kəşfiyyatına bağlıdır

Son illər geniş vüsət alan sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin medianın digər qollarından fərqi ondan ibarətdir ki, burada nəzarət yoxdur. Məhz bu səciyyəvi xüsusiyyətdən sui-istifadə edən bəzi fiziki və hüquqi şəxslər bir çox hallarda geniş ictimaiyyəti manipulyasiya etməyə çalışr, yalan informasiayalar yaymaqdan çəkinmirlər.

Belə “Facebook” istifadəçilərindən biri də “Arsax reallığı” adlı səhifənin sahibidir. O, təmiz Azərbaycan dilində ölkəmizə, millətimizə qarşı çirkin kampaniya aparır, Qarabağın ermənilərin "tarixi torpaqları" olduğunu iddia edir. Bəs necə etmək lazımdır ki, başdan-başa yalan informasiyalarla dolu olan təbliğatın qarşısı alınsın.


Azər Həsrət: "Ermənistanın xüsusi kəşfiyyat orqanları Azərbaycandakı daxili stabilliyi pozmaq üçün belə insanlardan istifadə edirlər"


Məsələ ilə bağlı Sherg.az-a danışan Əməkdar jurnalist Azər Həsrət bildirib ki, bu cür sui-istifadə hallarını dayandırmaq çətin olsa da, mümkündür:

“Dünyada sosial şəbəkələrin imkanlarından yararlanaraq öz ideyalarını yaymağa çalışanlar kifayət qədərdir. Hətta onların arasında terror qruplaşmaları da var. Əlbəttə, sosial şəbəkələrin yaradıcıları buna mane ola bilərlər. Ancaq bu, böyük resurslar tələb edir. Həm də sosial şəbəkələrin azadlıq ruhuna ziddir. Gərək şikayətlər olsun ki, sosial platformanın rəhbərləri hansısa addım atsınlar. Əslində ermənilərin bu addımı atması heç də təsadüfi deyil. Əvvəla, bu, onların xislətində var. İkincisi isə, Ermənistanda Azərbaycan dilini hətta ədəbi dil səviyyəsində bilənlər var.

Ermənistanın xüsusi kəşfiyyat orqanları Azərbaycandakı daxili stabilliyi pozmaq üçün belə insanlardan istifadə edirlər. Çox güman ki, “Arsax reallığı” səhifəsinin  də məqsədi budur. Biz bir vətəndaş olaraq bunun qarşısını almaq üçün təbii ki, kütləvi şəkildə etirazlar etməliyik. Əgər istifadəçiləri çoxdursa, şübhəsiz, daha çox şikayət olunmalıdır ki, səhifə bağlansın. Bunu mütləq etməliyik. Çünki biz  susduqca düşmənlər daha fəal olacaqlar".

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu