"Qarabağ Azərbaycandır və nida işarəsi" - Prezident Azərbaycanın mövqeyini bir daha ortaya qoydu

“Cənab Prezidentimizin Soçidə Ermənistan rəhbərliyinə sərt cavabı heç şübhəsiz böyük əhəmiyyət daşıyır”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib. 

Deputat vurğulayıb ki, Pezident İlham Əliyevin beynəlxalq “Valday” toplantısındakı nitqi bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyana vurulan tərs şillədirsə, digər tərəfdən xarici dövlətlərə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna ciddi bir mesajdır: 



“Əgər Paşinyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində kiçik bir kütləyə müraciətlə demişdisə ki, “Qarabağ Ermənistandır, nöqtə”, cənab Prezidentimiz beynəlxalq forumda “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə Azərbaycanın mövqeyini ortaya qoydu.

Belə bir mövqenin beynəlxalq forumda ortaya qoyulması böyük əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, toplantı beynəlxalq bir forum idi və Rusiya Federasiyasında keçirilirdi. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və dünyanın bir çox ictimai-siyasi xadimləri iştirak edirdilər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu