Çempionlar Liqasında turun ən yaxşı futbolçusu bəlli oldu

Çempionlar Liqasında qrup mərhələsinin II turunun ən yaxşı futbolçusu müəyyənləşib.

APA -nın məlumatına görə, həftənin oyunçusu mükafatına “Bavariya”nın futbolçusu Serj Qnabri layiq görülüb.
24 yaşlı vinger UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. Bunda onun “Tottenhem”lə qarşılaşmada poker etməsi rol oynayıb.

Qeyd edək ki, “Bavariya” səfərdə 7:2 hesabı ilə qələbə qazanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu