Qan Turalı baş redaktor oldu

“Qan Turalı” imzası ilə tanınan yazar Tural Cəfərov baş redaktor təyin olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaxın günlərdə “Epiloq.az” adlı yeni elektron mədəniyyət portalının yayımına başlayacaq. 

Tərcümə Mərkəzindən bildirilib ki, “Epiloq.az” yerli və dünya ədəbi-mədəni prosesində baş verən mühüm hadisələri, ölkənin dil, ədəbiyyat, tərcümə, tədris və digər sahələrində yaşanan mənzərələri, mövcud problemləri operativ şəkildə işıqlandıracaq. Portalın Facebook və YouTube səhifələri bu mövzularda videomüsahibələr, dəyirmi masalar, debat və dialoqlar təqdim edəcək.

Portalın baş redaktoru tanınmış yazıçı-publisist Qan Turalıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu