Mahir Emreli: "Mövzu vətəndirsə, gerisi təfərrüatdır" 

"Qarabağ"ın futbolçusu Mahir Emreli Lüksemburqda "Düdelanj"la oyun zamanı baş vermiş erməni təxribatı ilə əlaqədar mövqeyini bildirib.

Millimizin də üzvü olan 22 yaşlı hücumçu şəxsi "Instagram"ında bununla bağlı paylaşım edib.

Belə ki, matçdan fotosuna "Mövzu Vətəndirsə, gerisi təfərrüatdır. "Qarabağ" - Azərbaycandır" yazıb. 

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"a 4:1 hesabı ilə qalib gəlib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu