“Qarabağ Azərbaycandır və nida” düşməni qılınc kimi kəsdi: İrəvanın məkrli niyyəti puç oldu

“Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən böyük coşqu ilə qarşılandı. Dövlətimizin başçısının cəsarətli çıxışı həm Avropa Şurası rəsmilərinin, həm də Şuraya üzv ölkələrin nümayəndələrinin marağına səbəb oldu”.

Bunu Sherg.az-a Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Millət vəkili qeyd edib ki, Prezidentimizin Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına cavab olaraq onu yalan adlandırması və Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu vurğulaması cəsarətli, beynəlxalq hüququn normalarına əsaslanan çıxış olub: 



Səməd Seyidov: “Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır”


“Milli maraqlara əsaslanan bu bəyanat işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab idi. “Qarabağ Azərbaycandır və nida” cavabı qarşı tərəfi qılınc kimi kəsərək onların məkrli niyyət və planlarını puç etdi. Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır. İşğalçı Ermənistan və onun nümayəndələrinin məkrli planları heç bir nəticə verməyib və verməyəcək də. Paşinyan populist açıqlamaları ilə özünü yalnız dünya birliyinin gözündən salır. O, heç zaman dediklərinin arxasında durmayıb və bundan sonra da çətin ki, bunu bacara bilsin”.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu