Qardaşının qatilinə sarılıb ağladı və onu BAĞIŞLADI


“Səni bağışlayıram. Əminəm tanrı da belə düşünür, o da səni bağışlayardı"

 ABŞ-ın Texas əyalətində keçmiş qadın polis məmuru Amber Qujer, mühasib işləyən 26 yaşlı Botam Janı güllə ilə vuraraq öldürmüşdü. 
31 yaşlı Amber Qujer Botam Janı onun mənzilinə oğru kimi girdiyini zənn edərək silahla vurduğunu söyləmişdi.



Sherg.az xarici mediayaya istinadən xəbər verir ki,  səhv olaraq işlənən cinayətin məhkəmə prosesi Dallas şəhərində baş tutub. Məhkəmədə bildirilib ki, Botam Jan dondurma yemək üçün evdən çıxıb, lakin Amber Qujerin güllələrinin hədəfi olub. Məhkəmə heyətinin qərarıyla Amber Qujerə 10 il həbs cəzası kəsilib. Prosesə qatılan Botam Janın qardaşı qərarın elan edilməsindən sonra yerindən qalxaraq qardaşının qatili Amber Qujerə sarılıb. O, gənc qardaşının qatilinə, "Səni bağışlayıram. Əminəm tanrı da belə düşünür, o da səni bağışlayardı" deyib. Bu sözlərdən sonra ikili biri-birlərinə sarılaraq ağlamağa başlayıb.



Bütün bu hadisələr Amerika məhkəmə tarixinə öz damğasını vurub. ABŞ-da polis kimi dörd il vəzifə yerinə yetirən Amber Qujerin proses zamanı özünü heç müdafiə etməməsi də diqqət çəkib. Keçmiş polis qadın həyatının təhlükədə olduğunu düşündüyü üçün silahından atəş açdığını söyləyib. Qujer  ayrıca məhkəmə heyətinə, "Çox təəssüf edirəm, çox təəssüf edirəm. Həyatımın hər gününü bu ağrıyla yaşamaq məcburiyyətindəyəm" deyib.  2018-ci ilin 6 sentyabr günü yaşanan hadisədə Amber Qujer avtomobilini səhvən başqa bir mərtəbəyə park etmiş, Botam Janın isə onun evinə soxulmağa çalışdığını düşünərək vuraraq öldürmüşdü. Cinayət ABŞ-dakı afroamerikalıların böyük reaksiyasına səbəb olmuşdu. ABŞ-da  şübhəli  görüb silahla vuran polislərin mühakimə olunması hadisələrinə nadir hallarda rast gəlinir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu