ABŞ səfirliyi Baxçalı ilə əlaqədar ikinci dəfə üzr istəyib



ABŞ-ın Türkiyədəki səfirliyi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə əlaqədar gün ərzində ikinci dəfə üzr istəyib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, üzr  ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, D. Baxçalı xəstəxanaya yerləşdirildikdən sonra E. Babahan “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ''Türkiyə xalqları Baxçalısız bir siyasət dönəminə hazır olmalıdır”. Bu status ABŞ-ın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsi tərəfindən bəyənilib. Səfirlik bu gün açıqlama yayaraq “Twitter” səhifəsi tərəfindən bəyənilmənin yanlışlıq olduğunu bildirib və üzr istəyib. Ancaq Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə böyük narazılıq yaradan bu addımla əlaqədar bu gün ABŞ səfirliyinin müvəkkilini çağıraraq  rəsmi izahat tələb edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu