Qaydasında dəmlənməyən çay zərərlidir




Azərbaycanda ənənəvi içki sayılan çay səhv dəmləndiyi halda bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Odur ki, çayı dəmləyərkən, bəzi qaydalara əməl etmək lazımdır. Əks halda, dəmlədiyiniz çay sağlamlığınıza zərər vuracaq.

Yenicag.az çay dəmləməyin vacib qaydalarını təqdim edir:

- Acımaması və dadını uzun müddət itirməməsi üçün çayı ocağın üzərində saxlamayın. Bu zaman çayın dadı daha da acılaşır. Ona görə də çayı yaxşı dəmlədikdən sonra mütləq ocağın üzərindən götürün. Əks halda, mədədə qastrit və xora xəstəliyinin yaranmasına səbəb olur;

- Çayı dəmləyərkən və ya dəmlədikdən sonra da yüksək istilikdə saxlamayın. Dəmləndikdən sonra istilikdə qalan çay insan sağlamlığı üçün təhlükəlidir;

- Gur alovda dəmlənən və isti-isti içilən çay sonrakı mərhələlərdə xərçəng xəstəliyinə yol açır.

- Çöl şəraitində çay içərkən, onun hansı hərarətdə dəmləndiyini dadından anlaya bilərsiniz;

- Çayı qaynamamış su ilə dəmləməlisiniz. Çox qaynadılmış suyu çayın üzərinə tökdükdə, tərkibində bakteriyaların yaranmasına səbəb olur. Məhz çayın dadındakı acılıq bundan qaynaqlanır;

- Çayı dəmləyərkən, yol verilən yanlışlıqlardan biri də qəhvədanı çaydanın üzərinə qoymaqdır. Belı olduqda, çay rütubət çəkir və buxar sayəsində dəmləmədə qaldığı üçün bayatlaşır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu