Küləyə görə 150 neftçi dənizdən təxliyə edildi

Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum gücləndirib, dənizdə işləyən 150 neftçi iş yerlərindən evakuasiya olunub, zəruri sahələrdə növbətçilik təşkil edilib, vəziyyət nəzarətdə saxlanılır.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu halın hasilat prosesinə heç bir təsiri yoxdur. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu