Strateji müttəfiqlik: Moskva-Bakı əlaqələri heç vaxt zəifləməyib - ŞƏRH

“Rusiya ilə münasibərlərimizin kökündə hər zaman mehriban qonşuluq siyasəti, eyni zamanda prezidentlər arasında olan şəxsi münasibətlər dayanıb”. 

Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Siyasi şərhçi bildirib ki, bəzən Rusiyadakı müəyyən dairələr bizə bir o qədər də yaxşı münasibət bəsləmir, amma biz hər zaman qətiyyətlə öz xoş siyasətimizi davam etdiririk: 

“İstər beynəlxalq arenada, istərsə də ikitərəfli əlaqələrdə hər zaman bir-birimizə dəstək veririk. Azərbaycanın Rusiya ilə illik mal dövriyyəsi 2,5 milyard dollardır. Prezidentin bu münasibətləri strateji adlandırması Ermənistan rəhbərliyinə və digər qüvvələrə mesajdır.



Yəni, deyirik ki, Moskva-Bakı əlaqələri heç vaxt zəifləməyib, bundan sonra da zəifləməyəcək. Belə bir mesajın verilməsinə son dövrlərdə xüsusi ehtiyac var idi. Ermənistan baş naziri Nikol Paşinyanın Qərbin dəstəyinə arxalanıb Moskva ilə münasibətləri korlaması fonunda Qarabağ cəbhəsində hansısa güzəştə nail olmaq mümkündür. Həmçinin, Rusiya Ermənistanı cəzalandırmaq naminə bir neçə rayonun geri alınmasına dəstək verə bilər. Ötən gün Rusiya XIN başçısı Sergey Lavrovun “aprel döyüşləri təkrarlana bilər” sözü həm bizə, həm də Ermənistana açıq və ciddi mesajdır. Məncə, biz indiki vəziyyətdən maksimum istifadə etməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu